​Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün yaradılıb - Tramp

Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün yaradılıb.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. Tramp Nazirlər Kabinetinin iclasında bildirib ki, Avropa İttifaqının məqsədi bu idi və onlar bunu yaxşı bacardılar. Trampın sözlərinə görə, o prezident seçildiyi üçün Avropa İttifaqı məqsədinə nail ola bilməz. Trampın digər diqqətçəkən açıqlaması isə Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını təklif etməsi olub.

Kanadanın ABŞ-a qoşulmasını dəstəklədiyini ifadə edən Tramp, "Kanadanın 51-ci ştatımız olmasını təklif edirəm. Heç bir tarif, maneə yoxdur. Onlara hərbi müdafiə versək, bu, əla olar" deyə bildirib. Kanadanın baş naziri Castin Trüdonun yaxşı insan olduğunu ifadə edən Tramp onu “Qubernator Trüdo” kimi təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı