İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı yeni səfiri təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, İstanbuldakı danışıqlar zamanı Rusiya Vaşinqtondakı yeni səfirin Aleksandr Darçiyev olmasını irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun ABŞ-yə təyin etdikləri səfirə razılıq verdiyini açıqlayıb.
Nazirliyin açıqlamasında xatırladılıb ki, İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətlərinin bərpa edilməsi ilə bağlı görüş keçirilib.