İki nəfərə yüksək vəzifə verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunublar.

Metbuat.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov yeni təyin olunan hər iki müavini kollektivə təqdim edib.

Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı