Tramp yeni ofis qurdu - Pul axını olacaq

ABŞ Prezidenti Donald Tramp ölkəsində investisiyaları intensivləşdirmək üçün yeni ofisin yaradılması haqqında fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ evdən açıqlama verilib. Açıqlamaya görə, yeni ofis Ticarət Departamentinin nəzdində fəaliyyət göstərəcək. Bildirilir ki, yeni ofis ABŞ-də yavaş, mürəkkəb və xarici investorlar üçün lüzumsuz yorucu investisiya proseslərini asanlaşdıracaq. Məlumata görə, bu, ABŞ-də 1 milyard dollar və ya daha çox sərmayə qoyacaq şəxslərin işini asanlaşdırmaq, xarici və yerli investorlara kömək etmək məqsədi daşıyır.

Yeni ofis keçmiş prezident Co Bayden dövründə həyata keçirilən Təşviq proqramına da cavabdeh olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı