Avropa İttifaqı Komissiyası Türkiyə də daxil olmaqla Avropanın bir sıra ölkələrində yaşayan və yaşı 18-dən çox olan gənclərə pulsuz biletlər paylayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyası açıqlama verib. Açıqlamaya görə, "DiscoverEU" adlı proqram çərçivəsində gənclərə 36 min səyahət kartı veriləcək. Bildirilir ki, gənclər pulsuz biletlərlə Avropa ölkələrinə səyahət edə biləcək. Bəyanatda müraciətlərin artıq başlanıldığı bildirilir. Seçimlər həmin müraciətlər arasından ediləcək.
Qeyd edək ki, təhsil, gənclik və idman sahələrini əhatə edən proqram çərçivəsində "DiscoverEU" bu günə qədər 355 mindən çox səyahət kartı təmin edib.