[ 09 İyun 2015 12:29 ]
Bakı. Cavid Zeynallı – APA. İyunun 10-da “Qalereya 1969” qalereyasında “Bakı-2015” I Avropa Oyunları münasibəti ilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zamanın rəngləri” sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin təşkilati dəstəyi ilə keçirilən sərgidə Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqalarının əsərləri sərgilənəcək.
Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan qalereyanın kolleksiyasında illər ərzində toplanmış, böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.