"Barselona" Rafinya ilə yeni müqavilə barədə razılaşmaq üzrədir.

Metbuat.az xəbər verir ki, klub futbolçuya 2029-cu ilə qədər müqavilə təklif edib. Bildirilir ki, tərəflər yeni müqavilə barədə razılaşıblar. Xəbərdə deyilir ki, tərəflər əsas məsələləri razılaşdırıblar. Təzminat məbləği də daxil olmaqla, müqavilənin digər detalları barədə də tərəflər razılaşmaq üzrədir.

Qeyd edək ki, Rafinya ötən mövsüm "Barselona"dan ayrılmaq istəsə də, Hansi Flikin kluba gəlməsi ilə o qalmağa qərar vermişdi.