Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

    Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.

    Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.