Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Metbuat.az xəbər verir ki, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda "Sabah" sevinən tərəf olub.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.