Polşada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk exit-poll nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, “İpsos” mərkəzinin açıqladığı məlumata görə Varşava meri Rafal Tşaskovski 50,1 faiz, Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski isə 49,9% səs toplayıb.

29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.

Yeni prezident Andjey Dudanın səlahiyyət müddəti başa çatdıqdan sonra avqustun 6-da vəzifəyə başlayacaq.