Bu ilin əvvəlindən indiyədək Azərbaycan ərazisində 3 minə yaxın zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illiyinə həsr olunan "Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya" mövzusunda konfransda "Azərbaycanın müasir seysmodinamik şəraiti" mövzusunsa çıxış edən AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli məlumat verib.