ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri general Maykl Flinn Kiyevin Rusiya hava bazalarına hücumlarını ABŞ “dərin dövlət”inin təşkil edə biləcəyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, “dərin dövlət” seçilmiş administrasiyanın nəzarətindən kənarda hərəkət edir. O hesab edir ki, ABŞ-nin “dərin dövlət”i Rusiyanı Qərb, xüsusilə də ABŞ ilə münaqişəyə sövq etmək üçün intensiv səy göstərir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynanın Rusiyaya hücumunu da müzakirə edib. Tramp bildirib ki, Ukrayna Rusiyaya hücum barədə ABŞ-yə əvvəlcədən məlumat verməyib.