"Liverpul" klubu futbolçusu Luis Diası "Barselona"ya satmaqdan imtina edib.
Metbuat.az xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı oyunçunun satılmadığını açıqlayıb.
"Barselona" ilə yanaşı Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"in də maraq dairəsində olan futbolçunun "Liverpul"da qalmaq niyyətində olduğu bildirilib.
Qeyd edək ki, vinger 2022-ci ildə Portuqaliyanın "Porto" klubundan İngiltərə təmsilçisinə transfer olunub. O, Liverpul komandasının heyətində meydana çıxdığı 148 matçda 41 qola və 23 məhsuldar ötürməyə imza atıb. L.Dias 2024/2025 mövsümündə 17 qola müəlliflik edib.