Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Bornmut”un ukraynalı müdafiəçisi İlya Zabarnıy ilə prinsipial razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, tərəflər 5 illik müqavilənin şərtləri üzərində razılığa gəliblər. Hazırda klublar arasında transferin maliyyə detalları ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2024/2025 mövsümündə Premyer Liqada 36 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.