“Fənərbaxça” “Real Madrid”in futbolçusu Lukas Vaskesi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, transfer danışıqlarında məşqçi Joze Mourinyo da iştirak edib. İddialara görə, Mourinyo futbolçunu “Fənərbaxça”ya gəlməyə razı salıb. Bildirilir ki, “Fənərbaxça” müdafiəçini transfer haqqı ödəmədən heyətinə qatacaq.

Qeyd edək ki, Trent Alexander-Arnold transferindən sonra Lukas Vaskesi 18 illik “Real Madrid” karyerasını yekunlaşdırmağa qərar verib.