İki gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən kişinin axtarışları davam edir.

Bu barədə Metbuat.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.