Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 48 min 209 nəfər təşkil edir.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən iyun ayının 1-nə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 14 843 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin edilib.

Hazırda Qarabağda bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 216 nəfər təşkil edir.