Çin Yaponiyaya məxsus dəniz məhsullarının idxalına qoyduğu qadağanı ləğv edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Xatırladaq ki, 2011-ci ildə Fukuşima atom elektrik stansiyasının sunami nəticəsində zərər görməsi və radioaktiv maddələrin okeana axması ehtimalı səbəbindən, Çin 2023-cü ildə Yaponiyadan dəniz məhsullarının idxalına qadağa qoymuşdu.