Sarayevo, 9 iyun, AZƏRTAC
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq. Bu barədə Sarayevoda “Bakı-2015”lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib.
Köhnə qitənin ilk böyük miqyaslı yarışı olan “Bakı-2015”dən bəhs olunan tədbirdə yarışların 50 ölkədən 6 mindən artıq atleti bir araya gətirəcəyi vurğulanıb. Bildirilib ki, ilk Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, dörd qeyri-olimpiya idman növü də daxildir. Bu yarış, həmçinin bəzi idman növləri üzrə 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.
Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 57 idmançı və 19 məşqçi ilə təmsil olunacaq Bosniya və Herseqovina nümayəndə heyətinə Said Fazlagiç başçılıq edəcək. Bu ölkəni təmsil edəcək idmançılar 8 idman növü (atletika, üzgüçülük, boks, avarçəkmə, cüdo, velosiped, atıcılıq, stolüstü tennis) üzrə mübarizə aparacaqlar.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq