3.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.

XXX

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanaların birinə gətirilməsi üçün hazırlıq işləri görülür.