Xocavənddə başlayan yanğın meşə massivinə keçib.

Metbuat.az xəbər verir ki, rayonun Çörəkli kəndi ərazisində baş verən yanğının alovu genişlənərək meşəlik ərazisinə də keçib.

Hadisə yerinə FHN-nin Ağdam, Xankəndi, Füzuli və Xocavənd rayonlarının yanğınsöndürən əməkdaşları texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.