SOCAR-ın "Petkim"in səhmlərinin satışından imtina etməsinin səbəbi
Paylaş
·52 baxış·1 dəq oxu
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin "Petkim" neft-kimya kompleksinin İstanbul fond birjasında sərbəst tədavüldə olan səhmlər paketinin 3,4 faizinin satışından imtina etməsinin səbəbi birjada fond indekslərinin düşməsidir.
Bunu Trend-ə müsahibəsində "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz deyib.
Onun sözlərinə görə, yaxın günlərdə "Petkim"in səhmlər paketinin yenidən satışa çıxarılacağı gözlənilir.