"Barselona" futbolçusu Jül Kunde ilə müqavilə müddətini uzadıb.

Metbuat.az xəbər verir ki, fransalı müdafiəçi yeni sözləşməyə əsasən 2030-cu ilə qədər kataloniyalıların formasını geyinəcək.

Qeyd edək ki, J.Kundenin əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatırdı.