UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.
29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.
Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.