Bolqarıstanın veteran futbolçusu Xristo Stoiçkov "Bakı 2015" I Avropa Oyunlarını izləmək niyyətindədi. Fanat.az xəbər verir ki, bu barədə ötənlərin məşhur hücumçusu yerli mətbuata açıqlama verib.
Bolqarıstan nümayəndə heyətinin forması ilə poz verən Stoiçkov Azərbaycan paytaxtında keçiriləcək Oyunlarda iştirak üçün mümkün olan hər şeyi edəcəyini bildirib. O, ölkə yığmasını dəstəkləmək üçün Bakıya yollanmaq istədiyini söyləyib: "Hər şey mənim ABŞ-ın "Univision" telekanalı qarşısındakı öhdəliyimdən asılıdır. Bu telekanalla mənim müqaviləm var".
Qeyd edək ki, Bolqarıstan nümayəndə heyəti Sofiyanı bu gün səhər saatlarında tərk edəcək.//"Report"
Fanat.az