Azərbaycanlı idmançılar qarşıdan gələn I Avropa Oyunlarına səylə hazırlaşırlar.
Bu barədə Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Siyana Vasilyeva deyib.
O bildirib ki, komanda bütün məsuliyyəti başa düşür: "Səylə hazırlaşırıq. Bu idmandır və dəqiq hansısa yerə ümid etdiyini söyləmək olmur. Buna baxmayaraq, yaxşı nəticələr göstərməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".
Milli.Az