Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

    Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır