Rusiyada hərbi təyyarə qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada qeyd olunub ki, Kareliya Respublikasında Su-30 təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza zamanı heyət üzvləri həlak olub. Məlumata görə, hadisə zamanı təyyarədə sursat olmayıb. Təyyarə yaşayış olmayan əraziyə düşüb.

Hadisənin səbəbləri araşdırılır.