Bakı. Fuad Cəfərov -APA. Mingəçevirdə silah-sursat aşkar edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd ov tüfəngi, 2 ədəd patron darağı və 682 ədəd avtomat patronu tapılıb.