Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.