“Trabzonspor”un UEFA Avropa Liqasının pley-off mərhələsində doğma meydanda Macarıstanın “Ferencvaros” klubuna 0:1 hesabı ilə məğlub olması Türkiyədə ciddi narazılıq yaradıb. Komandanın yeni ulduzu Məhəmməd Salah da qarşılaşmadan sonra tənqidlərin əsas hədəfinə çevrilib.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası və azarkeşlər misirli futbolçunun oyununu müzakirə ediblər. Salah görüşdə bir neçə dəfə təhlükəli vəziyyət yaratsa da, imkanlarını qola çevirə bilməyib. İlk hissədə müdafiənin arxasına keçərək qapıçı ilə üz-üzə qalan ulduz futbolçunun zərbəsini Dibusz dəf edib. İkinci hissədə isə Salahın uzaq məsafədən vurduğu top qapının yanından keçib.

“Trabzonspor”un məğlubiyyəti azarkeşlərin narazılığını daha da artırıb. Sosial şəbəkələrdə Salahın komandaya gözlənilən töhfəni verə bilmədiyi, onun transferi ilə bağlı böyük gözləntilərin isə hələlik özünü doğrultmadığı yazılıb.

Azarkeşlərin əsas narazılığı isə məhz vacib qarşılaşmada fərqin yaradılmaması ilə bağlıdır. Bəzi tərəfdarlar sosial şəbəkələrdə ulduz futbolçunun əvvəlki səviyyəsindən uzaq olduğunu bildirərək, “Bu qədər pul verib nə qazandıq?”, “Milyonlar boşa getdi” kimi sərt reaksiyalar səsləndiriblər. Məhəmməd Salahı “müftəxor” adlandıranlar da tapılıb.