BMT Təhlükəsizlik Şurasının avqustun 24-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirməsi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə “Ukraynada sülh və təhlükəsizliyin qorunması” məsələsi daxil edilib. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulur.

İclasın keçirilməsi təşəbbüsünü Təhlükəsizlik Şurasının Avropadan olan üzvlərini birləşdirən E5 qrupu irəli sürüb. Qrupa Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniya daxildir.

Görüşdə Ukraynadakı təhlükəsizlik vəziyyəti və münaqişə ilə bağlı son proseslərin müzakirə ediləcəyi gözlənilir.