Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya istinadən xəbər verir.

Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.