44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilova tələbə adını qazanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qubadlının azadlığı uğrunda canından keçən şəhidin övladı 533 bal toplayaraq Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub.

"Sənin üçün əlimdən gələni etdim ata və bu gün mən də qürur duyuram ki, 533 bal toplayaraq ilk addımımı atdım Bu gün çox istəyərdim ki, ilk sənə zəng edib bunu bildirəm. Amma uşaqlıqda sənə deyirdim ki, mən ya diplomat, ya da səfir olacam. Sən də gülürdün mənə. Cənnətdən məni gördüyünə əminəm, məkanın cənnət olsun əziz atam", - deyə şəhid övladı Z.Xəlilova öz paylaşımında qeyd edib.

Xatırladaq ki, Vidadi Xəlilov Vətən müharibəsi zamanı oktyabrın 31-də Laçın döyüşlərində məşhur Laçın Dəhlizində şəhid olub.