Mədəniyyət Nazirliyinin və nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) keçirdiyi 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə təqdim olunmuş layihələrlə bağlı Seçim Komissiyasının qərarı açıqlanıb.
Metbuat.az xəbər verir ki, müsabiqədə iştirak üçün 48 şirkət tərəfindən 91 layihə təqdim olunmuşdu. Komissiyanın əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında apardığı qiymətləndirmə nəticəsində 31 layihə - 8 tammetrajlı, 7 qısametrajlı, 3 bədii-sənədli, 5 sənədli və 8 animasiya filmi pitçinq mərhələsinə buraxılıb.
Pitçinq mərhələsinə buraxılan layihələr bunlardır:
Tammetrajlı bədii film layihələri
* Aydəmir Entertainment — “İsanın evi”
* Karvan Production — “İki Xaqan”
* Nova Gorcia Kino Mərkəzi — “Bir, iki, üç”
* CNF — “Meşə növbətçisi”
* Buta Film — “Yeddi məhbusə”
* Old Stone Film — “Begemot”
* Öz — “Varis”
* Seyidbəyli Film — “Mülk”
Qısametrajlı bədii film layihələri
* C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası — “Qaranquş yuvası”
* Buta Film — “Velosiped sürmək üçün uğurlu gün”
* Karvan Production — “İkimiz”
* Propaganda — “Yandırmaq da sənlik”
* Devfilm — “Yaddaşın tozu”
* Navis — “Rüzgarın melodiyası”
* Cinema Art — “İlbiz”
Bədii-sənədli film layihələri
OD Media-Production — “Sükutun ardınca”
Karvan Production — “38 saniyə”
Nova Gorcia Kino Mərkəzi — “Türkün həyat ağacı”
Sənədli film layihələri
* OD Media-Production — “Murov”
* Cultura Service — “Parisin fatehi - Zelim Kotsoyev”
* Propaganda — “Öz evimdə”
* Navis — “Yuyunma - Bu bir film deyil”
* Cinema ART — “Ömür abidəsi”
Animasiya film layihələri
Animafilm — “İsi, Piti və Novruz bayramı”
Peri Film — “Səma qızı”
Lilitopia — “Dovşan ilə canavar”
Lilitopia — “Xalça”
İnvico — “Şüşədəki xatirələr”
Crombone — “Çənlibel”
PR Agency — “Tumurcuqlar”
Marshal — “Qəhrəman”
Pitçinq mərhələsinin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.