ABŞ Prezidenti Donald Tramp İranın İordaniyada ABŞ hərbi bazalarına endirdiyi raket zərbələrinə cavab veriləcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o, İranın atdığı ballistik raketlərdən biri istisna olmaqla, digərlərinin ABŞ hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini deyib. Tramp İranın danışıqlar aparmaq istədiyini, lakin Tehranla razılaşmaya tam etibar etmədiyini söyləyib. Məlumata görə, ABŞ ordusu ötən gecə Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki zərbə endirib. Həmin hücumlar nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb. İran isə buna cavab olaraq İordaniyadakı ABŞ bazalarını ballistik raketlərlə, BƏƏ-də yerləşən Al Minhad aviabazasını isə kamikadze PUA-larla hədəf aldığını açıqlayıb.