Səudiyyə Ərəbistanının “Bahri” gəmiçilik şirkətinə məxsus SIDR tankerində baş verən insident nəticəsində iki filippinli ekipaj üzvü həlak olub.
Metbuat.az xəbər verir ki, hadisə avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində tanker Hörmüz boğazından keçərkən baş verib.
“Bahri” şirkəti iki ekipaj üzvünün öldüyünü təsdiqləyib. Şirkət gəmi ilə əlaqənin davam etdiyini, aidiyyəti qurumlarla koordinasiyanın aparıldığını və vəziyyətin izlənildiyini açıqlayıb.
Hörmüz boğazında son dövrlər təhlükəsizliklə bağlı vəziyyətin gərginləşməsi bölgədə ticarət gəmiçiliyinə də ciddi təsir göstərib.