Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.
Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin ikinci günündə "Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası", "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" mövzusunda panel sessiyalar, o cümlədən "Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr" mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.
Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.