ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putini G20 sammitinə dəvət edib-etməyəcəyini hələ düşünmədiyini bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "GB News" telekanalına müsahibəsində danışıb.

“Bu barədə düşünməmişəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti bir daha Rusiya-Ukrayna münaqişəsinin başa çatmasını istədiyini vurğulayıb. O, növbəti dəfə münaqişənin həllinə hər iki ölkə lideri arasında mövcud olan “qarşılıqlı nifrətin” mane olduğunu ehtimal edib.

G20 sammitinin dekabr ayında ABŞ-nin Mayami şəhərində keçirilməsi planlaşdırılır.