İngiltərədə 30 yaşlı bədən tərbiyəsi müəllimi 16 yaşlı şagirdi ilə cinsi əlaqəyə girməkdə ittiham olunur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sauthemptondakı Bitterne Park məktəbində baş verib. Bronven James adlı müəllimə şagirdlə münasibət qurmaq və onunla cinsi əlaqədə olmaqda ittiham edilir.
Məhkəmədə bildirilib ki, müəllimlə şagird əvvəlcə “Snapchat” vasitəsilə yazışmağa başlayıb. Daha sonra onların gizli görüşdükləri və müəllimin avtomobilində öpüşdükləri ortaya çıxıb.
Prokurorluğun məlumatına görə, müəllim şagirdi evinə dəvət edib. Onlar burada “Vimbledon” tennis turnirinə baxıblar və həmin vaxt cinsi əlaqəyə girdikləri iddia edilir. Ümumilikdə belə görüşlərin bir neçə dəfə baş verdiyi bildirilir.
Məhkəmədə müəllimin şagirdə tək qaldıqları zaman ona “Miss” deyə müraciət etməsini istədiyi də bildirilib.
Bronven James ittihamları qəbul etməyib. İş üzrə məhkəmə araşdırması davam edir.