Dominikan Respublikasını təmsil edən Joheirry Mola Dominguez “Miss World 2026” müsabiqəsinin qalibi seçilib.
Metbuat.az xəbər verir ki, final mərhələsi Vyetnamın Nha Trang şəhərində keçirilən müsabiqədə Mola 110-dan çox iştirakçını geridə qoyaraq tacın sahibi olub.
İspaniyalı Elisabeth Reynés Alabern ikinci, Malayziyanı təmsil edən Taanusiya Chetty isə üçüncü yeri tutub.
24 yaşlı Joheirry Mola Dominguez müəllim və ictimai fəal kimi fəaliyyət göstərir. O, həssas qruplardan olan uşaqlar və gənclər üçün ingilis dili təhsilinin əlçatanlığını artırmağa yönəlmiş “Voices of Tomorrow” təşəbbüsünün təsisçisidir.