ABŞ-nin sanksiyalar məsələləri üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərini icra edən Cin Lenq Moskvada keçirilən danışıqlarda ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerə qoşulub.
Metbuat.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin məlumatına görə, Lenqin danışıqlarda iştirakı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi məsələsinin də müzakirə mövzularından biri olduğunu göstərir.
Lenq danışıqlara hazırlıq çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyevlə görüşlərdə iştirak edib. Lakin o, ABŞ nümayəndə heyətinin Vladimir Putinlə görüşündə iştirak etməyib.