Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

"Audi" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar.

Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.