Azərbaycanla İordaniya arasında viza tələbi ləğv ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.