İstanbulun sabiq meri Əkrəm İmamoğlu 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və siyasi fəaliyyətlə məşğul olması qadağan olunub.
Metbuat.az xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına görə, qərar İmamoğlunun 2022-ci ildə İstanbulun Tuzla rayonunun sabiq bələdiyyə başçısı Şadi Yazıcı barədə səsləndirdiyi fikirlərlə bağlı məhkəmə işi üzrə çıxarılıb.
İmamoğlu daha əvvəl bu iş üzrə bəraət alsa da, apellyasiya instansiyası həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərib.
Siyasətçi barəsində İstanbul meriyasındakı korrupsiya iddiaları da daxil olmaqla bir neçə cinayət işi üzrə araşdırmalar davam edir. Onun 140-dan çox epizod üzrə təqsirləndirildiyi bildirilir.