Kamerun Prezidenti Pol Biya dünyanın fəaliyyətdə olan ən yaşlı prezidenti olaraq qalır.
Metbuat.az xəbər verir ki, "Pew Research Center"in 2026-cı il araşdırmasına görə, Biyа dünyanın 186 ölkəsinin hazırkı liderləri arasında ən yaşlısıdır.
1933-cü il fevralın 13-də anadan olan Pol Biyanın hazırda 93 yaşı var. O, 1982-ci ildən Kameruna rəhbərlik edir və 2025-ci ildə keçirilən seçkidən sonra prezident kimi növbəti müddətinə başlayıb.
Biya uzunmüddətli hakimiyyəti ilə də dünyanın ən diqqətçəkən dövlət başçıları arasında yer alır. O, prezident vəzifəsinə gəldiyi vaxtdan etibarən dörd onillikdən artıqdır ki, ölkəyə rəhbərlik edir.