Argentinadakı məşhur San Karlos de Bariloçe şəhərində səyahətçilərə pulsuz qalmaq imkanı yaradan maraqlı proqram başladılıb.

Metbuat.az xəbər verir ki, “Worldpackers” platforması vasitəsilə həyata keçirilən proqramda iştirakçılar həftədə 25 saat, yəni gündə təxminən 5 saat işləmək qarşılığında pulsuz yaşayış və səhər yeməyi əldə edirlər. Bildirilir ki, üç həftəyədək davam edən proqram çərçivəsində könüllülər resepsiyon, yemək servisi və təmizlik kimi gündəlik işlərə kömək edir, həftədə iki gün isə tam istirahət edə bilirlər. İştirakçılara səhər yeməyi ilə yanaşı yüksək sürətli internet, camaşırxanadan istifadə və velosiped də təqdim olunur.

Məlumata görə, proqrama həm tək səyahət edənlər, həm də cütlüklər müraciət edə bilər, lakin iştirak üçün ən azı iki həftə vaxt ayırmaq və orta səviyyədə ingilis və ya ispan dili bilmək tələb olunur.