Körfəz ölkələri ilə İranın xarici işlər nazirlərinin Hörmüz boğazı ilə bağlı məsələləri müzakirə etmək üçün Omanda keçirilməsi planlaşdırılan toplantısı təxirə salınıb.

Metbuat.az xəbər verir ki, görüşün tarixi tərəflər arasında razılığın əldə olunması məqsədilə daha sonrakı tarixə keçirilib. Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, bölgədə sabitliyi və davamlı əməkdaşlığı dəstəkləyən dialoqun inkişaf etdirilməsi istiqamətində səylər davam etdirilir. İran Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Əli Bak da toplantının təxirə salındığını ifadə edib. Bildirilir ki, qərar bəzi regional ölkələrin tələbi, həmçinin Oman və İranın ortaq razılığı əsasında qəbul edilib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian daha əvvəl Körfəz ölkələrinin xarici işlər nazirlərinin Omanda bir araya gələrək Hörmüz boğazından keçid marşrutu ilə bağlı razılığa gələcəyini açıqlamışdı.