Bərdədə xəstəxanaya gətirilən 35 həftəlik hamilə qadının doğuşu gözlənilmədən avtomobildə başlayıb.
Metbuat.az xəbər verir ki, hadisə sentyabrın 10-da saat 10:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin həyətində baş verib.
Həkimlərin operativ müdaxiləsi nəticəsində ana və körpəyə vaxtında tibbi yardım göstərilib. Nəticədə çəkisi 2 kiloqram 190 qram, boyu 45 santimetr olan qız uşağı dünyaya gəlib.
Hazırda ana və körpənin vəziyyəti stabil qiymətləndirilir.