Türkiyə Xarici işlər Nazirliyi Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:
"Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla yad edirik".